Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Emənistanın mövqeyi destruktivdir. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Azərbaycan prezidenti İlham Əliyevin dediyi kimi, təəssüf ki, ötən il Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı itirilmiş il oldu. Münaqişənin həlli ilə bağlı hər hansı hərəkət görə bilmirik. Əksinə, Ermənistanın qeyri-produktiv, dağıdıcı siyasətini gördük”, - Hikmət Hacıyev Euractiv saytına müsahibəsində deyib.
Onun sözlərinə görə, İrəvan danışıqlar prosesinin formatını dəyişdirməyə çalışıb.Daha sonra Ermənistan rəhbərliyi danışılqra prosesinə mənfi təsir göstərən bəyanatlarla çıxış edib.
Hacıyev əlavə edib ki, Bakı Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyini müsbət qiymətləndirir. “Avropa Parlamentinin “Birgə Xarici və Təhlükəsizlik Siyasətinin həyata keçirilməsi üzrə illik məruzə” adlı qətnaməsində bir bəndində Avropa İttifaqı “Şərq Tərəfdaşlığı”nın bütün üzv dövlətlərinin suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyinə dəstəklə bağlı öz öhdəliyini növbəti dəfə təsdiqləyib. Bizim üçün çox vacib olan bu mövqeyi təqdir edirik. Düşünürük ki, Helsinki Yekun Aktından və beynəlxalq hüquqdan irəli gələn əsas fundamental prinsiplər ayrı-seçkilik olmadan “Şərq Tərəfdaşlığı” ölkələrindəki münaqişələr də daxil olmaqla bütün münaqişələrə tətbiq olunmalıdır. Biz Avropa İttifaqının bu siyasətinin digər beynəlxalq təşkilatlarda da davam etdirilməsini istərdik. Çünki ərazi bütövlüyü hər bir ölkə üçün zəruridir”, - Hacıyev vurğulayıb. **
Ə.Məmmədov