“NBC Bank” 2019-cu ildə aktivlərini 14,2% - 323,527 mln. manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2019-cu il dekabrın 31-nə bankın kredit portfeli 246,917 mln. manat (2018-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 20,8% - İF) təşkil edib.
Hesabat dövrünün sonuna “NBC Bank”ın öhdəlikləri 263,73 mln. manata (artım 17,1%) bərabərdir.
2019-cu ilin sonuna bankda depozitlər 142,766 mln. manat (artım 34,1%) təşkil edib.
Dekabrın 31-nə bankın kapitalı 59,797 mln. manat (artım 2,9%), nizamnamə kapitalı 64 mln. manat (dəyişməyib) məbləğindədir.
2019-cu ildə fəaliyyətinin yekunları üzrə “NBC Bank”ın xalis mənfəəti 1 milyon 349,8 min manat təşkil edib, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 17,4% çoxdur.
“NBC Bank” 1992-ci ilin dekabr ayında təsis edilib. Bankın səhmdarları 2 hüquqi (8,75% pay) və 7 fiziki şəxsdir (91,25% pay).**
Ə.Məmmədov