Qida Təhlükəsizliyi Agentliyi (QTA) “Qida təhlükəsizliyi haqqında” qanun layihəsini hökumətə təqdim edib. Bu barədə QTA-nın sədr müavini Rüfət Rüstəmzadə məlumat verib.
“2019-cu ilin sonunda agentlik “Qida təhlükəsizliyi haqqında” qanun layihəsini hökumətə təqdim edib. Ümid edirik ki, qanun 2020-ci ildə qəbul ediləcək", - deyə o, bu gün keçirilən "Qida təhlükəsizliyi – mövcud vəziyyət və perspektivlər" adlı forumda bildirib.
R.Rüstəmzadənin sözlərinə görə, Azərbaycanda ilk dəfə belə bir qanun qəbul ediləcək, çünki o, bütün prosesi (istehsal, emal, qablaşdırılma, istehlakçıya çatdırılma - İF) əhatə edir.
O əlavə edib ki, QTA avtomatlaşdırılmış qida təhlükəsizliyi informasiya sisteminin (AQTİS) tətbiqinə başlayıb. “Sistem pilot layihə olaraq Xaçmaz rayonunda tətbiq edilib. Hələ ki, sistemin iki modulu (keyfiyyət və ixrac) tətbiq edilir. Gələcəkdə AQTİS-in tətbiqi üçün iri şirkətlərə iki, kiçik və orta şirkətlərə dörd il vaxt veriləcək”, - deyə sədr müavini bildirib.*
B.Rüstəmbəyov