20202-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərinin idarə olunmasından orta illik gəlirlilik 1,45% səviyyəsində proqnozlaşdırılır, bu da 2019-cu ilin proqnozundan 0,69 faiz punktu azdır. Bu barədə Neft Fondunun 2020-ci il büdcəsinin layihəsinə Hesablama Palatasının rəyində qeyd olunur.
“2020-ci il üçün orta illik gəlirlilik göstəricisi 1,45% səviyyəsində olması proqnozlaşdırılır ki, bu da 2019- cu ilin proqnoz göstəricisindən (2,14% faiz) 0,69 faiz ,cari ilin 9 aylıq icra göstəricisindən (3,89%) isə 2,44% azdır”, - Hesablama Palatası qeyd edir.
Məlumata əsasən, Fondun ABŞ dollarında investisiyalarından gəlirlilik 1.3%, funt sterlinqdə - 0.64%, digər valyutalarda - 4,45% səviyyəsində proqnozlaşdırılır. Avro ilə investisiyalar üzrə zərərlilik 0,59% həcmində proqnozlaşdırılır.
“Fondun səhmlər üzrə gəlirliliyi ABŞ dollarında 2%, avro, fundt və digər valyutada – 1% səviyyəsində proqnozlaşdırılır. ARDNF-nin daşınmaz əmlaka sərmayələrindən orta gəlirlilik ABŞ dolları, funt sterlinq və digər valyutalarda – 5,7% proqnozlaşdırılır”, - Palata qeyd edir.
2020-ci il üzrə Fondun vəsaitlərinin idarə edilməsindən gəlirlərinin həcmi 606,6 milyon ABŞ dolları və ya 1 milyard 31,8 milyon manat həcmində proqnozlaşdırılır, bu da manat ifadəsində 2019-cu ilin proqnoz göstəricisindən 29,5% azdır. İdarə olunmadan gəlirlərin azalması bir sıra səbəblərlə əlaqədardır: ABŞ və Avrozonada maliyyə alətləri üzrə gəlirliliyin azalması, dünya səhm bazarlarında gərginliyin qalması və bir sıra digər amillərlə.
2019-cu il noyabrın 1-nə ARDNF-nin aktivləri $43,2 milyard təşkil edir.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.**
Ə.Məmmədov