2019-cu ilin yekunları üzrə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri $42 milyardı ötəcək. Bu barədə Hesablama Palatasının ARDNF-in 2020-ci il büdcəsinin layihəsi ilə bağlı rəyində deyilir.
“2019-cu ilin sonuna fondun aktivləri $42 milyarddan bir qədər çox həcmdə proqnozlaşdırılır”, - deyə rəydə bildirilir.
Xəbər verildiyi kimi, 1 yanvar 2019-cu il tarixinə olan vəziyyətə görə, ARDNF-in aktivləri $38,5 milyard təşkil edib. Beləliklə, 2019-cu ildə fondun aktivləri 9,1% artacaq.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*
Ə.Məmmədov