«Procter and Gamble Europe» şirkəti Azərbaycanda regional ofisini açmaq niyyətindədir. Bu barədə şirkətin prezidenti Loik Tassel məlumat verib.
““Procter and Gamble Europe” şirkəti fəaliyyətini Orta Asiya və Uzaq Şərqə doğru genişləndirmək niyyətindədir və regional mərkəz olaraq məhz Bakı şəhəri seçilib”, - deyə L.Tassel bu gün Davosda prezident İlham Əliyevlə görüşdə bildirib.
O vurğulayıb ki, prezident İ.Əliyevin həyata keçirdiyi islahatlar və Azərbaycanda yaradılan biznes mühiti şirkətin ölkəmizdəki ofisi vasitəsilə Şərqə doğru genişlənməsinə əlverişli imkan yaradacaq.
“Procter and Gamble Europe” şirkətinin prezidenti son illərdə Azərbaycanda həyata keçirilən islahatları, xüsusilə biznes sahəsində mühasibatlılığın və şəffaflığın artırılması, vergi və gömrük sahələrində islahatların ümumi rəqabət mühitinə verdiyi müsbət töhfəni yüksək qiymətləndirib.*
B.Rüstəmbəyov