"Bakı Metropoliteni" QSC müxtəlif növ elektrik mallarının satınalınmasına 407 min manatdan çox vəsait yönəldəcək.
www.tender.gov.az saytının məlumatına əssaən, "ELECTRO SERVİCE" QSC ilə müvafiq müqavilə imzalanıb. Müqavilənin dəyəri – 407,431 min manatdır.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 3 xətt (yaşıl, qırmızı və bənövşəyi) və 25 stansiyadan ibarətdir. Sərnişin daşımalarının illik həcmi 200 mln. nəfəri ötür.**
B.Rüstəmbəyov