2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycana 318,4 min ton mineral gübrə idxal edilib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 20,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-noyabr aylarında ölkəyə idxal olunan mineral gübrələrin ümumi dəyəri $108 milyon 53,2 min (artım 32,3%) təşkil edib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycana $7 milyon 368 min dəyərində (azalma 20,5%) 32 min 946 ton (azalma 16,4%) sement və sement klinkeri idxal edilib.
Yanvar-noyabr aylarında respublikaya $52 milyon 367,1 min dəyərində (artım 5,3%) 45 min 365 ton (artım 19,2%) polietilen idxal edilib.
Hesabat dövründə Azərbaycana $240 milyon 72,7 min dəyərində 315,5 min ton metalyayma məhsulu (artım 26,8%), $68 milyon 74,1 min dəyərində 121,3 min ton qara metaldan hazırlanan çubuqlar (azalma 18%), $28 milyon 518,8 min dəyərində 37 min 750,1 ton qara metaldan hazırlanan günyə (artım 11,5%), $249 milyon 919,7 min dəyərində (azalma 43,1%) 176,8 min ton qara metaldan hazırlanan boru (azalma 13,3%) idxal edilib.*
B.Rüstəmbəyov