Azərbaycan ASK məhsullarının Fransaya ixracının artırılması imkanlarına malikdir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı belə hesab edir.
“Azərbaycan Cənubi Qafqazda Fransanın əsas ticarət tərəfdaşıdır. 2018-ci ildə Fransanın Cnubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 62,4%-i Azərbaycanın payına düşüb. 2019-cu ildə Azərbaycan ixracının 3%-i və idxalının 2,1%-i Fransanın payına düşüb”, - Qasımlı cümə günü Azərbaycan-Fransa Ticarət Platasının nümayəndələri ilə görüşdə bildirib.
Qasımlının sözlərinə görə, Azərbaycan neftdən başqa Fransaya fındıq, meyvə, tərəvəz, xurma, şərab və digər ərzaqlar ixrac etmək imkanına malikdir.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2019-cu ildə Azərbaycan Fransaya $536,6 milyon məbləğində mallar ixrac edib, Azərbaycana idxalın həcmi $250,7 milyon təşkil edib. **
Ə.Məmmədov