"Azərxalça" ASC "Azavtobus" MMC-dən avtobuslar satın alacaq.
www.tender.gov.az saytının məlumatına görə, "Azavtobus" ilə oturacaqlarin sayı 28-30 arasi olan avtobusların satın alınmasına dair müqavilə imzalanıb.
İmzalanan müqavilənin dəyəri 717,195 min manatdır.
Öncə məlumat verilib ki, "Azərxalça" 5 avtobus almağı planlaşdırır.
“Azərxalça” ASC Azərbaycan prezidentinin 5 may 2016-cı il tarixli sərəncamı ilə yaradılıb.**
X.Nəsirzadə