“Naxçıvanbank” 2019-cu ildə aktivlərini 18,1% - 232,022 mln. manatadək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2019-cu ilin sonuna bankın kredit portfeli 92,446 mln. manat (2018-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 42,5% - İF) təşkil edib.
Bankın öhdəlikləri 148,516 mln. manata (artım 25,5%), depozitləri 95,567 mln. manata (artım 26,6%), əhalinin əmanətləri 19,32 mln. manata (artım 19,5%) bərabərdir.
Hesabat dövrünün sonuna “Naxçıvanbank”ın kapitalı 83 mln. 505,567 min manat (artım 6,8%), nizamnamə kapitalı 77,25 mln. manat (artım 13,9%) təşkil edir.
2019-cu ildə fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 5 mln. 179,26 min manat təşkil edib, bu da 2018-ci ilin göstəricisindən 4,6% azdır. Ötən il bank 1 milyon 339,76 min manat məbləğində mənfəət vergisi ödəyib.
Cari ilin yanvar-sentyabr aylarında fəaliyyətinin yekunları üzrə “Naxçıvanbank” 2008-ci ilin avqust ayında bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb. Bankın səhmdarları fiziki şəxslərdir.**
Ə.Məmmədov