Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) yayılmış coronavirusla əlaqədar Çinə səfər etmək istəyən vətəndaşları ehtiyatlı olmağa çağırıb.
Çinə səfər etmək istəyən Azərbaycan vətəndaşlarına ehtiyatlı olmalarını, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etmələri və ölkədə mövcud olan vəziyyəti nəzərə almaları tövsiyə olunur”, - XİN-in bəyanatında qeyd edilir.
Bundan əlavə, XİN ölkə vətəndaşlarına yaranmış hər hansı problemlə əlaqədar yardım göstərilməsi üçün Çinin müvafiq səhiyyə qurumlarına və Azərbaycanın Pekin şəhərində yerləşən səfirliyinə müraciət etmələrini tövsiyə edir.
Dekabr ayında Çinin Uxan şəhərində yeni növ təhlükəli virus (coronavirus 2019-nCoV) aşkarlanıb və insandan insana keçmə xüsusiyyəti olduğuna görə bu virusa yoluxan insanların sayında artım müşahidə edilib.
Çində 830 nəfər coronavirusa yoluxub, 25 nəfər vəfat edib. **
A.Əzizov