Nazirlər Kabineti 2019-cu ildə 8 şəhərin baş planını təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.
“2019-cu ildə Şəmkir, Göygöl, Xaçmaz, Salyan, Masallı, Tovuz, Quba və Biləsuvar şəhərlərinin baş planları Nazirlər Kabineti tərəfindən təsdiq edilib”, - deyə məlumatda bildirilir.
Bundan başqa, hazırlanmasına 2018-ci və 2019-cu illərdə start verilmiş Daşkəsən, Şabran, Tərtər, Saatlı, Sabirabad, Kürdəmir, Goranboy, Gədəbəy, Astara və Gəncə şəhərlərinin baş planlarının hazırlanması işi komitə tərəfindən ötən il davam etdirilib.*
B.Rüstəmbəyov