Azərbaycan Auditorlar Palatası auditor xidmətinin 10 illik inkişaf konsepsiyasını hazırlamağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə palatadan məlumat verilib.
“Bu sənədin hazırlanması Auditorlar Palatasının 2020-ci il üçün fəaliyyət planına daxil edilib”, - deyə məlumatda bildirilir.
Konsepsiya 2021-2030-cu illəri əhatə edəcək.
“Onun hazırlanması üçün artıq işçi qrup yaradılıb”, - deyə məlumatda vurğulanır.*
Ə.Məmmədov