Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Azərbaycan prezidenti İlham Əliyevlə görüş barədə razılaşma yoxdur.
"Hazırda görüşlə bağlı razılaşma yoxdur. Əlbəttə, görüşü istisna etmək olmaz, çünki bu məsələ müzakirə mərhələsindədir", - deyə Paşinyan bu gün mətbuat konfransında bildirib.
O qeyd edib ki, Azərbaycan prezidenti ilə 2019-cu ilin dekabr ayında MDB sammiti çərçivəsində görüşüb.
"Bu əlaqələr çox faydalıdır. Səbəb olarsa, düşünürəm ki, görüşmək faydalıdır. Hazırda danışıqlar masasında heç bir sənəd yoxdur. Və biz daha məzmunlu mərhələyə yaxınlaşmaq üçün çalışmalıyıq. Biz konstruktiv dialoqa hazırıq", - deyə Ermənistanın baş naziri vurğulayıb.*