Prezident İlham Əliyev azərbaycanlı tələbələrin Türkiyədə zəlzələ zonasından təxliyəsi haqda tapşırıq verib. Bu barədə Nazirlər Kabinetinin məlumatında deyilir.
“Azərbaycan prezidentinin tapşırığına əsasən müvafiq qurumlar tərəfindən Türkiyədə baş vermiş zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələrin təxliyə olunması istiqamətində tədbirlər görülür”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, yanvarın 24-də axşam saatlarında Sivrice şəhərində (Elazığ vilayəti) 6,8 bal gücündə zəlzələ baş verib. ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, zəlzələ İraq, Suriya və Livanda da hiss olunub.
Zəlzələ nəticəsində 22 nəfər həlak olub, 1030 nəfər xəsarət alıb.*
B.Rüstəmbəyov