Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan yanvarın 30-da Cenevrədə Qarabağ münaqişəsinin həlli ilə bağlı görüş keçirəcəklər.
"Azərbaycan XİN başçısı yanvarın sonunda erməni həmkarı ilə görüş keçirəcəyini bildirmişdi. Təsdiq edirəm ki, yanvarın 29-30-da Cenevrədə E.Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri və erməni həmkarı ilə görüşü keçiriləcək”, - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.*
A.Əzizov