"Xalq Bank" 2019-cu ildə aktivlərini 22,4% – 2 milyard 458,468 milyon manata qədər artırıb. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə bankdan məlumat verilib.
2019-cu il dekabrın 31-nə bankın kredit portfeli 1 milyard 829,643 milyon manat (2019-cu ildə artım 32,3% - İF) təşkil edib.
Ötən ilin sonuna “Xalq Bank”ın öhdəlikləri 2 milyard 38,739 milyon manata (artım 18,3%) bərabərdir.
Hesabat dövrünün sonuna bankda depozit portfeli 1 milyard 714,934 milyon manat (artım 36,2%) təşkil edib.
1 yanvar 2020-ci il tarixinə bankın kapitalı 419,73 milyon manat (artım 48,6%), nizamnamə kapitalı 364 milyon 777,54 min manat (artım 62,1%) məbləğindədir.
Hesabat dövründə fəaliyyətinin yekunları üzrə "Xalq Bank"ın xalis mənfəəti 33 milyon 446,97 min manat (2019-cu illə müqayisədə artım 20,6% - İF) təşkil edib.
"Xalq Bank" 2004-cü il dekabrın 30-da bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb və aktivlərinin həcminə görə Azərbaycanın aparıcı banklarının beşliyinə daxildir. Bankın səhmdarları 3 hüquqi şəxsdir.*
Ə.Məmmədov