Prezident İlham Əliyev hesab edir ki, indiki beynəlxalq münasibətlər çoxqütblülüyün inkişafını nəzərdə tutur.
“İri ölkələrin həmişə öz hüdudlarından kənarda öz maraqları olur. Hər ölkə özü üçün daha yaxşı şəraitə nail olmaq, öz təsir dairəsini genişləndirmək istəyir. Burada təzə heç nə yoxdur. Biz bunu əsrlərboyu müşahidə edirik, sadəcə, müxtəlif intensivlik dərəcəsi ilə. Buna görə məsələ bunda deyil, bugünkü dünya nizamının konstruksiyası, o cümlədən beynəlxalq münasibətlərin konstruksiyası çoxqütblülüyü nəzərdə tutur”, - deyə İ.Əliyev “Rossiya-24” telekanalına müsahibəsində bildirib.*
A.Əzizov