Fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərində Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası "AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə “exit poll” keçirəcək.
MSK-nın bazar ertəsi keçirdiyi iclasda müvafiq qərar qəbul olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verir.
Liqa və "AJF&Associates İnc.” MSK tərəfindən seçkilərdə “exit poll” keçirilməsi üçün təsdiq olunan ilk təşkilat olub.
“Liqa və "AJF&Associates İnc.”nın keçirəcəyi “exit poll”ar Azərbaycanın 118 seçki dairəsində 1,053 min seçki məntəqəsini əhatə edəcək”, - MSK-dan vurğulanıb.
MSK-dan əlavə ediblər ki, hazırda növbədənkənar seçkilərdə “exit poll”ar keçirmək istəyən daha bir sıra təşkilatlardan müraciətlərə baxılır. **
X.Nəsirzadə