“Aqrolizinq” ASC Azərbaycanın regionlarında məhkəmə-hüquq xidmətlərinin göstərilməsi ilə bağlı məsləhətçi seçiminə dair tender elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
“Aqrolizinq” regionlarda borclu fiziki və hüquqi şəxslərin məhkəmə işləri üzrə məhkəmə-hüquq xidmətlərini seçir. Qalibin vəzifələrinə sənədlərin hazırlanması, onların məhkəmə orqanlarına göndərilməsi və regionlarda məhkəmə iclaslarında “Aqrolizinq”in təmsil olunmasıdır”, - cəmiyyətdən qeyd edilir.
Tenderdə iştirak haqqı 1 min manatdır.
Tender təklifləri 25 fevrala qədər qəbul olunur. Təklif zərfləri 26 fevral tarixində açılacaq.
“Aqrolizinq” ASC 2004-cü ildə yaradılıb və Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir.**
Ə.Məmmədov