“AccessBank” 2019-cu ildə aktivlərini 2,2% - 897,886 mln. manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2019-cu il dekabrın 31-nə bankın kredit portfeli 536,428 mln. manata (azalma 1,1%) bərabərdir.
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 803,545 mln. manat (azalma 12,3%), depozit portfeli 660,96 mln. manat (artım 31,9%) təşkil edib.
2019-cu ilin sonuna “AccessBank”ın kapitalı 94,341 mln. manat (artım 66,8%), nizamnamə kapitalı 258,718 mln. manat (artım 84,5%) təşkil edib.
2019-cu ildə fəaliyyətin yekunları üzrə bankın xalis zərəri 89,704 mln. manat (artım 7,7% - İF) məbləğində olub.
“AccessBank” Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və respublikanın aparıcı banklarının onluğuna daxildir.“AccessBank” Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və respublikanın aparıcı banklarının onluğuna daxildir. Bankın bütün səhmdarları xarici banklar və maliyyə institutlarıdır: Asiya İnkişaf Bankı (19,89%),Avropa İnvestisiya Bankı (17,39%), Beynəlxalq Maliyyə Korporasiyası (16,56%), responsAbility SICAV (Lux) (2,91%), responsAbility Management Company S.A. (7,11%), Hollandiya İnkişaf Bankı (9,41%), Avstriya İnkişaf Bankı (9,17%), SIFEM AG (8,89%), EFSE (2,78%), Symbiotics SICAV (2,27%), GGF (1,77%), LFS Advisory (1,27%) və Qara Dəniz Ticarət və İnkişaf Bankıdır (0,58%).**
Ə.Məmmədov