Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev dördüncü dəfə bu posta seçilib.
Abdullayev AFFA-nın çərşənbə axşamı keçirilən 28-ci konfransında yekdilliklə prezident postuna seçilib. Bu barədə “İnterfaks-Azərbaycan”ın müxbiri məlumat verib.
“İnanıram ki, növbəti 4 il ərzində planlaşdırılan proqramı reallaşdırmağa müvəffəq olacağıq”,- Abdullayev bildirib. **
X.Nəsirzadə