2019-cu il ərzində AFFA-ya pul daxilolmaları 29 milyon 948,618 min manat təşkil edib. Bunu maliyyə və mühasibatlıq departamentinin rəhbəri Xalid Cavadov deyib.
“Ötən il ərzində xərclər 23 milyon 423,308 min manat təşkil edib”, - Cavadov çərşənbə axşamı AFFA-nın 28-ci konfransında bildirib.
Eyni zamanda, o qeyd edib ki, ötən il ərzində AFFA-nın üzvləri və qurumun tərkibində olan federasiyalara ayrılan vəsaitin həcmi 1 milyon 607,42 min manat olub.
Bundan əlavə, ötən il ərzində Assosiasiyanın balansnda olan stadionların saxlanılmasına ayrılan vəsaitin həcmi 2 milyon 50,893 min manat təşkil edib.
“Ötən il Azərbaycan klublarına köçürmək üçün UEFA Assosiasiyaya 15 milyon 451,591 min manat məbləğində vəsait ayırıb”, - Cavadov vurğulayıb.
O cümlədən, Cavadov qeyd edib ki, 2019-cu ilin may ayında Bakıda “Çelsi” və Arsenal” arasında UEFA Avropa Liqası final oyununun təşkili və keçirilməsi üçün 13 milyon 333,491 min manat ayrılıb.
“Bu vəsaitin 11 milyonu Azərbaycan Maliyyə Nazirliyi, 2 milyon 333,491 min manatı – AFFA tərəfindən ayrılıb”, - Cavadov bildirib. **
X.Nəsirzadə