“Muğanbank” 2019-cu ildə aktivlərini 17,8% - 660,836 milyon manatadək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
31 dekabr 2019-cu il tarixinə bankın kredit portfeli 366,067 milyon manat (artım 1,5%) təşkil edib.
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 573,801 milyon manata (artım 22,2%), o cümlədən müştəri hesabları 334,722 milyon manata (artım 19,4%) bərabərdir.
2020-ci ilin əvvəlinə “Muğanbank”ın kapitalı 87 milyon 35,48 min manat (azalma 4,6%), nizamnamə kapitalı 102,5 milyon manat (artım 7,9%) təşkil edib.
2019-cu ildə fəaliyyətinin yekunları üzrə bankın xalis zərəri 8 milyon 307,62 min manata bərabər olub (2018-ci ildə xalis mənfəət 1 mln. 430,21 min manat təşkil edib - İF).
“Muğanbank” 1992-ci ilin noyabr ayında yaradılıb və Azərbaycanın 15 aparıcı bankından biridir. Bankın səhmdarları 4 fiziki şəxsdir.*
Ə.Məmmədov