Çərşənbə axşamı AFFA İcraiyyə Komitəsinin qapalı iclası keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan”ın müxbiri məlumat verir.
İcraiyyə Komitəsinin iclasının qərarına əsasən, AFFA-nın baş katibi Elxan Məmmədov vitse-prezident vəzifəsinə təyin olunub.
“Yeni təyinatıma baxmayaraq, Assosiasiyanın baş katibi kimi fəaliyyətimi davam etdirəcəyəm”, - Məmmədov vurğulayıb.
Həmçinin Vaqif Sadıxov vitse-prezident vəzifəsinə təyin olunub. Onun rəhbərliyi altında məşqçilər və klublar ittifaqı yaradılacaq.
Rauf Əliyev və Elşad Nəsirov vitse-prezidentlər postunda qaldılar.
Beləliklə, AFFA-nın vitse-prezidentlərinin sayı 2-dən 4-dək artıb. **
X.Nəsirzadə