Dövlət Gömrük Komitəsi ölkəyə gələn şəxslərdə koronavirus ilə yoluxma halları aşkar olunmadığını bəyan edir.
“Xoşbəxtlikdən, indiyədək koronavirus ilə yoluxma halı aşkar olunmayıb. Hətta Azərbaycan ərazisinə yüksək tempetaruru olan şəxsıər gəldiyi zaman belə bu cür hal qeydə almamışıq”, - Dövlət Gömrük Komitəsinin Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi Şahin Ələsgərov AzTV dövlət telekanalının efirində bildirib.
Onun sözlərinə görə, Azərbaycanın gömrük orqanları tərəfindən zəruri profilaktik tədbirlər görülüb.
Dekabr ayında Çinin Uxan şəhərində yeni növ virus (coronavirus 2019-nCoV) aşkarlanıb. Çində bu virusdan artıq 106 nəfər dünyasını dəyişib.
O cümlədən, Tayland, Yaponiya, Cənubi Koreya, ABŞ, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya və Almaniyada xəstələnmə halları aşkar olunub. **
A.Əzizov