2019-cu il ərzində Azərbaycanda baş verən yanğınlar nəticəsində 53 nəfər həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
"Bu, 2018-ci ilin göstərici ilə müqayisədə 30 nəfər və ya 36,1% azdır”, - FHN-dən məlumat verilir.
Çoxmənzilli yaşayış binalarında və fərdi evlərdə baş verən yanğın hadisələri zamanı 40 nəfər həlak olub. Bundan başqa, nəqliyyat vasitələrində baş verən yanğınlar zamanı 10 nəfər, digər yanğınlar zamanı 3 nəfər həlak olub.
Bu dövrdə baş vermiş yanğın hadisələri zamanı 232 nəfər (artım 40,6%) xəsarət alıb.
2019-cu il ərzində Azərbaycanda 2,319 min yanğın hadisəsi (artım 4,9%) qeydə alınıb.**
X.Nəsirzadə