2019-cu ildə Azərbaycanda baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 70 nəfər həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bu dövrdə respublika ərazisində 16,571 min təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 7,2% çoxdur.
Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 70 nəfər (bir il öncə - 105 nəfər) həlak olub, 338 nəfər (bir il öncə - 231 nəfər) xəsarət alıb.
Nazirliyin xilasediciləri tərəfindən 63 nəfər xilas edilib, 1,228 min nəfər təxliyə olunub.
Hesabat dövründə respublika ərazisində 73 partlayış hadisəsi baş verib. Bu isə ötən ilin göstəricisi ilə müqayisədə 5,8% çoxdur. Partlayışlar zamanı 12 nəfər həlak olub, 103 nəfər xəsarət alıb.**
X.Nəsirzadə