Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Cenevrədə Qarabağ nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. Bu barədə Ermənistan XİN məlumat verir.
“Cenevrədə Mnatsakanyanın ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskont (Fransa), İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə görüşü keçirilib”, - məlumatda deyilir.
Görüşün təfərrüatları barədə məlumat verilmir.
O cümlədən, Cenevrədə Mnatsakanyanın Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşü planlaşdırılır. **