Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb.
"Cenevrədə E.Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kaspşiklə görüşü keçirilib”, - deyə XİN-in mətbuat katibi Leyla Abdullayeva “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
O əlavə edib ki, Cenevrədə nazir E.Məmmədyarovun erməni həmkarı Zöhrab Mnatsakanyanla da görüşü planlaşdırılıb. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə olunacaq.*
A.Əzizov