2019-cu ildə “AGBank”ın aktivləri 8,4% - 454,531 milyon manatadək azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Hesabat dövrünün sonuna bankın kredit portfeli 222,998 milyon manat (azalma 9,2% - İF) təşkil edib.
2020-ci ilin əvvəlinə “AGBank”ın öhdəlikləri 404,558 milyon manat (azalma 8,9%) məbləğindədir.
31 dekabr 2019-cu il tarixinə bankda depozitlər 208,166 milyon manata (azalma 12,1%), o cümlədən əhalinin əmanətləri 146,514 milyon manata (azalma 2,4%) bərabər olub.
Hesabat dövrünün sonuna “AGBank”ın kapitalı 49 milyon 972,49 min manat (azalma 4%), nizamnamə kapitalı 103,8 milyon manat (dəyişməyib) təşkil edir.
2019-cu ilin yekunları üzrə bankın xalis zərəri 2 milyon 122,32 min manat (2018-ci ilin yekunları üzrə xalis mənfəət 5 milyon 367,41 min manat məbləğində olub) təşkil edib.
“AGBank” 1992-ci ildə yaradılıb və Azərbaycanın 15 aparıcı bankından biridir.*
Ə.Məmmədov