“Bank of Baku” 2019-cu ildə aktivlərini 27% - 381,094 mln. manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2019-cu il dekabrın 31-nə bankın kredit portfeli 338,159 mln. manat (artım 5,9% - İF) təşkil edib.
Bankın öhdəlikləri 317,086mln. manata (artım 21,9%) bərabərdir. Dekabrın sonuna bankda depozitlər 183,223 mln. manat (artım 9,9%), əhalinin əmanətəri 165,056 mln. manat təşkil edir (artım 13,9%).
2020-ci ilin əvvəlinə “Bank of Baku”nun kapitalı 64 mln. 7,98 min manata (artım 60,2%), nizamnamə kapitalı 52,87 mln. manata (dəyişməyib) bərabər olub.
2019-cu ildə fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 24 milyon 570,67 min manat təşkil edib, baxmayaraq ki, bu 2018-ci ilin göstəricisindən 7,1 dəfə çoxdur.
“Bank of Baku” 1994-cü ildə yaradılıb.**
Ə.Məmmədov