Ermənistanın həbsdə olan sabiq prezidenti Robert Köçəryan hesab edir ki, ölkəni baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi indiki hökumətdən azad etmək onun taleyinə yazılıb. Bu barədə o, “Yerevan.Today” saytına müsahibəsində bildirib.
"Bir vaxtlar tale mənə Qarabağın müstəqilliyi uğrunda mübarizə aparmaq imkanı verdi. Hərəkatın yeni başladığı zaman Azərbaycan həbsxanasından canımı möcüzəvi şəkildə qurtarmağı bacardım. Taleyin istehzası budur ki, hakimiyyətimiz məni azadlıqdan məhrum etməklə azərbaycanlıların o zaman edə bilmədikləri işi tamamladı", - deyə o qeyd edib.*