2019-cu ildə Azərbaycana gələn xarici vətəndaşlar bank kartları vasitəsi ilə 1 milyard 256,8 milyon manatlıq ($739,3 milyon) əməliyyat aparıblar. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
2018-ci illə müqayisədə əməliyyatların həcmi 1.7% azalıb.
Ötən ilin dekabr ayında xarici vətəndaşlar bank kartları vasitəsi ilə 92,7 milyon manat məbləğində (2018 ilin dekabr ayı ilə müqayisədə azalma 11,8% – İF) əməliyyat aparıblar.
2019-cu ildə Azərbaycana turist axını 2018-ci illə müqayisədə 11,3% - 3 milyon 170,4 min nəfərədək artıb.
2018-ci ilin yekunları üzrə ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların həcmi 1 milyard 278,4 milyon manat təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 25% çoxdur.**
Ə.Məmmədov