Cenevrədə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyan arasında görüş başlayıb.
“Görüş ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şoffer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin vasitəçiliyi və iştirakı ilə keçirilir”, - deyə XİN-in mətbuat katibi Leyla Abdullayeva “Twitter” səhifəsində yazıb.
Nazirlər sonuncu dəfə 2019-cu il dekabrın 4-də Bratislavada görüşüblər.*
A.Əzizov