Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) "İrAero" aviaşirkətinə Saratovdan Bakıya uçuşlar həyata keçirmək üçün icazə verib. Bu barədə “Rosaviasiya”nın qərarında deyilir.
“"İrAero” həftədə iki dəfə Saratov-Bakı reyslərinin həyata keçirilməsinə icazə alıb”, - sənəddə deyilir.
Hazırda aviaşirkətin saytında "İrAero"nun fevralın 8-nə tarixində həftə bir dəfə - şənbə günü olmaqla yalnız Krasnoyarskdan Bakıya uçuş biletləri almaq mümkündür.
2019-cu ilin sentyabr ayında Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin qəbul etdiyi qərara əsasən, “İrAero” Tümen, Samara və Permdən Bakıya uçuşlar həyata keçirmək üçün icazə alıb. Bundan əlavə, 2019-cu ildə şirkət Çelyabinsk, Orenburq və Yekaterinburqdan Bakıya reyslər yerinə yetirib.
“İrAero” 2006-cı ildən etibarən sərnişin daşımaları bazarında fəaliyyət göstərir. **
N.Abbasova