2019-cu ildə "Bank Avrasiya" aktivlərini 1,7% - 170 milyon manatadək artırıb. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə bankdan məlumat verilib.
31 dekabr 2019-cu il tarixinə bankın kredit portfeli 109 milyon 250,45 min manat (2018-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 10,3% - İF) təşkil edib.
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 100 milyon 721,38 min manat (azalma 2,6%) təşkil edir.
2019-cu ilin sonuna bankda depozitlər 53 milyon 821,51 min manata (azalma 1,2%) bərabərdir.
31 dekabr 2019-cu il tarixinə “Bank Avrasiya”nın kapitalı 69 milyon 716,97 min manat (artım 8,6%), nizamnamə kapitalı 50 milyon manat (dəyişməyib) məbləğində olub.
2019-cu ilin yekunları üzrə bankın xalis mənfəəti 5 milyon 356,77 min manat (ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə artım 3,4%) təşkil edib.
“Bank Avrasiya” 2007-ci il noyabrın 28-də bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb.*
Ə.Məmmədov