Rəy Monitorinq Mərkəzi fevralın 9-da növbədənkənar parlament seçkilərində “exit poll” keçirəcək.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi məlumata görə, bu qərar Mərkəzi Seçki Komissiyasının (MSK)bu gün keçirdiyi iclasda qəbul edilib.
“Mərkəzin keçirəcəyi “exit poll” 118 dairə üzrə 1,08 min seçki məntəqəsini əhatə edəcək. “Exit poll”a 1,08 min intervyer cəlb ediləcək”, - deyə MSK-dan bildiriblər.
Bundan başqa, MSK-nın qərarı ilə “İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondu Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə seçkilərdə "exit poll" keçirəcək.
Beləliklə, növbədənkənar parlament seçkilərində “exit poll” keçirəcək şirkətlərin sayı 3-ə çatıb.*
X.Nəsirzadə