Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mantsakanyan çərşənbə günü Cenevrədə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə 7 saatlıq görüş keçiriblər. Danışıqlar cümə axşamı davam edəcək. Bu barədə “İnterfaks-Azərbaycan”a XİN-in mətbuat katibi Leyla Abdullayeva bildirib.
“ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN başçıları arasında Cenevrədə keçirilən görüş 7 saat davam edib. Tərəflər və həmsədrlər danışıqların intensivləşdirilməsinin və danışıqların gündəliyində olan məsələlərdə gözəçarpan nəticələrin əldə edilməsinin tərəfdarı kimi çıxış ediblər. Görüş sabah davam edəcək”, - Abdullayeva qeyd edib. **
A.Əzizov