Azərbaycan və Fransa prezidentləri İlham Əliyev və Emmanuel Makron telefon söhbəti zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri müzakirə ediblər.
“E.Makron yanvarın 29-da İ.Əliyevə telefonla zəng edib. Dövlət başçıları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri müzakirə ediblər. Prezident İ.Əliyev münaqişənin nizama salınması ilə bağlı Azərbaycanın mövqeyini bir daha Fransa prezidentinə çatdırıb”, - deyə Azərbaycan liderinin mətbuat xidmətinin məlumatında bildirilir.
Söhbət zamanı hər iki tərəf əlaqələrin, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.
“Telefon danışığı zamanı, həmçinin regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd olunur.*
A.Əzizov