2019-cu ildə "Rabitəbank” aktivlərini 4,2% - 739,984 milyon manata qədər azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2019-cu il dekabrın 31-nə bankın kredit portfeli 376,938 milyon manat (2018-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 18,6% - İF) təşkil edib. Keçən ilin sonuna istehlak kreditlərinin həcmi 136,604 milyon manat (artım 76,9%), biznes kreditlərinin həcmi 171,692 milyon manat (azalma 8,4%) məbləğində qiymətləndirilir.
Hesabat dövrünün sonuna “Rabitəbank”ın öhdəlikləri 638,623 milyon manata (azalma 6,4%) bərabərdir.
2019-cu ilin sonuna bankda depozitlər 500,871 milyon manat (azalma 15,3%), o cümlədən fiziki şəxslərin depozitləri 233,689 milyon manat (artım 3,2%) təşkil edib.
2020-ci ilin əvvəlinə bankın kapitalı 101,361 milyon manata (artım 12,9%), nizamnamə kapitalı 101,3 milyon manata (dəyişməyib) bərabərdir.
2019-cu ilin yekunları üzrə bankın xalis mənfəəti 11 milyon 119 min manat (2018-ci illə müqayisədə artım 3,6 dəfə - İF) təşkil edib.
“Rabitəbank” ASC 1993-cü ildə yaradılıb və Azərbaycanın 10 aparıcı bankından biridir. Bankın səhmdarları 20-yə yaxın hüquqi və fiziki şəxsdir.*
Ə.Məmmədov