Prezident İlham Əliyev yanvarın 30-da ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tseretelini qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Görüşdə Azərbaycanda qarşıdan gələn növbədənkənar parlament seçkiləri mövzusuna toxunulub, seçkilərin Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olduğu bildirilib, bu seçkilərdə xeyli sayda namizədlərin qeydə alınmasının, müşahidəçilərin fəal iştirakının önəmi vurğulanıb”, - deyə məlumatda vurğulanır.
Prezident İ.Əliyev qeyd edib ki, Azərbaycan rəhbərliyi seçki prosesinin ədalətli, şəffaf, Azərbaycan qanunvericiliyinə və beynəlxalq standartlara uyğun şəkildə keçirilməsi üçün lazımi şəraitin yaradılması istiqamətində bütün tədbirləri həyata keçirib.*
X.Nəsirzadə