Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və Qazaxıstanın Bakıdakı səfiri Serjan Abdıkarimov iki ölkənin biznes strukturları arasında iqtisadi qarşılıqlı əlaqələr məsələlərini müzakuirə ediblər.
“Görüş zamanı tərəflər investisiya və ticarət-iqtisadi əməkdaşlığın inkişafı məslələrini müzakirə ediblər, Qazaxıstan və Azərbaycanın işgüzar dairələri üçün biznesin təşkili və ixracın inkişafı üçün əlverişli və qarşılıqlı səmərəli şəraitin yaradılmasına dair konkret təklif və layihələri nəzərdən keçiriblər”, - Qazaxıstanın Azərbaycandakı diplomatik missiyasından məlumat verilir. **
X.Nəsirzadə