Çinin Uhan şəhərində olan Azərbaycanın 7 vətəndaşı Türkiyəyə təxliyə ediləcək.
“Türkiyənin Səhiyyə Nazirliyi 35 Türkiyə, 7 Azərbaycan və 7 Gürcüstan vətəndaşının Uhandan təxliyəsinə hazırlıq işlərini başa çatdırıb. Onlar hərbi təyyarə ilə Türkiyəyə gətiriləcək və 14 gün karantində qalacaqlar”, - deyə “Anadolu” agentliyi səhiyyə naziri Fəxrəddin Kocaya istinadən məlumat verib.
Daha əvvəl Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı bildirmişdi ki, Uhanda 4-ü tələbə olmaqla 7 Azərbaycan vətəndaşı var.*
N.Abbasova