"AFB Bank" 2019-cu ildə aktivlərini 37,6% - 574,707 mln. manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2019-cu il dekabrın 31-nə bankın kredit portfeli 365,87 mln. manata (artım 88,3% - İF), xüsusilə istehlak kreditləri – 33,663 milyon manata (artım 76,5%), biznes kreditləri – 291,316 milyon manata bərabərdir (artım 2,1 dəfə).
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 494,248 mln. manat (artım 49,8%) məbləğində olub.
2020-ci ilin əvvəlinə bankda depozitlər 379,425 mln. manata (artım 87,9%), xüsusilə fiziki şəxslərin əmanətləri – 34,5 milyon manata bərabərdir (azalma 51,5%).
Hesabat dövrünün sonuna “AFB Bank”ın kapitalı 80 mln. 459,03 min manat (azalma 8,1%), nizamnamə kapitalı 70 mln. 393,455 min manat (dəyişməyib) təşkil edib.
Hesabat dövrünün yekunları üzrə bankın xalis mənfəəti 6 mln. 243,89 min (2018-ci ilin göstəricisi ilə müqayisədə azalma 71,2% - İF) manat təşkil edib.
“AFB Bank” 2008-ci il noyabrın 28-də bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb və aktivlərin həcminə görə ölkənin 20 aparıcı bankı sırasına daxildir. Bankın səhmdarları 3 fiziki şəxsdir.**
Ə.Məmmədov