Cenevrədə Azərbaycan və Ermənistan XİN başçıları Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan Dağlıq Qarabaq üzrə danışıqları bərpa ediblər.
Görüş ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə keçirilir.
İki ölkənin XİN başçıları görüşün birinci mərhələsini çərşənbə günü keçiriblər. Görüş 7 saat davam edib. **