“Azərbaycan Dəmir Yolları” QSC teplovozlarda yanacağın səviyyəsinə və sərfiyyatına real rejimdə nəzarət sisteminin quraşdırılması və bu işlərin icrası üçün tələb olunan cihaz və avadanlıqların tədarükü üçün şirkət seçir. Bu barədə cəmiyyətin elanında deyilir.
Seçim açıq tender üsulu ilə keçirilir.
Tenderdə iştirak haqqı – 100 manatdır.
Tender təklifləri zamanı əsas meyarlar aşağı qiymət, müqavilənin zamanında icrası və iddiaçının maliyyə vəziyyəti olacaq.
Şirkətlərdən tender təklifləri 2 mart saat 17:00-dək qəbul olunur. Tender proseduru martın 3-də baş tutacaq. **
N.Abbasova