Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2019-cu ildə Azərbaycanda layihələrin reallaşdırılmasına 17 milyon avro ümumi məbləğdə krediti təsdiq edib.
"2019-cu ildə AYİB Azərbaycanda 5 layihənin reallaşdırılmasına 17 milyon avro məbləğində krediti təsdiq edib ayırıb", - bankdan “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Bütün layihələr Azərbaycanın özəl sektorunda maliyyələşdirilib.
2018-ci ildə AYİB Azərbaycanda 5 layihənin reallaşdırılmasına 304 mln. avro məbləğində kredit ayırıb. Beləliklə, 2019-cu ildə kreditləşmənin həcmi təxminən 18 dəfə artıb.
2015-2019-cu illərdə AYİB Azərbaycanın dövlət və özəl sektorlarında 37 layihənin reallaşdırılmasına 1,109 milyard avro məbləğində kredit ayırıb.
31 dekabr 2019-cu il tarixinə bankın Azərbaycanda 36 aktiv layihə üzrə cari portfeli 1 milyar. 388 milyon avro məbləğində qiymətləndirilir. Bu vəsaitlərin 77%-i infrastruktur, 2%-i sənaye, kommersiya və aqrobiznes, 21%-i isə maliyyəyə yönəldilib.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. AYİB bu günədək respublikada 168 layihənin maliyyələşdirilməsinə 3,35 mlrd. avro ayırıb.**
Ə.Məmmədov