Bakı Nəqliyyat Agentliyi (BNA) svetofor avadanlığı və dirəklərinin tədarükü və quraşdırılması, svetofor məntəqələri üçün kommunikasiya xətlərinin çəkilməsi ilə bağlı işlərin yerinə yetirilməsi məqsədilə şirkət seçir.
Seçim açıq tender metodu ilə aparılır.
Tenderdə iştirak haqqı 1 min manatdır.
Tenderdə lazımi texniki və maliyyə imkanlarına malik olan şirkətlər iştirak edə bilərlər.
Təkliflər 16 mart saat 12:00-dək qəbul olunur. Tender proseduru 17 mart saat 12:00-da baş tutacaq.
Telefon: (+99 412) 404-41-20 (daxili - 2185), əlaqələndirici şəxs – Tural Mahmudov.
Bakı Nəqliyyat Agentliyi Azərbaycan prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.*
N.Abbasova